Azərbaycan sərhədlərindən 2 mln. rublun qanunsuz keçirilməsinin qarşısı alınıb

Azərbaycan sərhədlərindən 2 mln. rublun qanunsuz keçirilməsinin qarşısı alınıb Hər iki faktla bağlı araşdırma aparılır
Hadisə
13 Yanvar , 2017 15:23
Azərbaycan sərhədlərindən 2 mln. rublun qanunsuz keçirilməsinin qarşısı alınıb

Bakı. 13 yanvar. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda “Şıxlı” sərhəd-nəzarət buraxılış məntəqəsinin əməkdaşları ilə birlikdə keçirilən əməliyyat zamanı Gürcüstana səyahət edən 2 nəfər Azərbaycan vətəndaşının üzərində müvafiq qanunvericiliyə uyğun olaraq şəxsi yoxlama aparılıb. 

Bu barədə “Report”a DGK-nın mətbuat xidmətindən məlumat verilib.

Yoxlama zamanı həmin şəxslərdən birinin ayaqqabılarının içərisindən gömrük nəzarətindən gizlədilən, gömrük orqanına əvvəlcədən bəyan edilməyən 1 mln. Rusiya rublu, digərinin üzərindəki gödəkcənin cibindən isə sellofan paketdə bükülü vəziyyətdə 400 min Rusiya rublu aşkar edilib.

“Sınıq Körpü” gömrük postunda aşkar edilən daha bir valyuta qaçaqmalçılığı faktı üzrə isə Gürcüstana səyahət edən Azərbaycan vətəndaşının üzərindəki gödəkçənin cibindən gömrük nəzarətindən gizlədilən 600 min rubl aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi