Azərbaycan sərhədini qanunsuz olaraq keçməyə cəhd edən Gürcüstan vətəndaşının apellyasiya şikayəti təmin edilməyib

Azərbaycan sərhədini qanunsuz olaraq keçməyə cəhd edən Gürcüstan vətəndaşının apellyasiya şikayəti təmin edilməyib Birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb
Hadisə
10 Avqust , 2017 17:58
Azərbaycan sərhədini qanunsuz olaraq keçməyə cəhd edən Gürcüstan vətəndaşının apellyasiya şikayəti təmin edilməyib

Bakı. 10 avqust. REPORT.AZ/ Sumqayıt Apellyasiya Məhkəməsində Azərbaycan dövlət sərhədini qanunsuz olaraq keçməyə cəhd edən Gürcüstan vətəndaşı Anri Samxaradze barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un xəbərinə görə, hakim Fərmayıl Zeynallının sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

Qərara əsasən, A.Samxaradzenin apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, Gürcüstan vətəndaşı olan, 1976-cı il təvəllüdlü A.Samxaradze 2016-cı ilin noyabr ayının 12-də Rusiya Federasiyasına getmək məqsədi ilə Xaçmaz rayonu istiqamətində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qanunsuz olaraq keçmək istəyib. Belə ki, o, Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən saxlanılıb.

A.Samxaradze Cinayət Məcəlləsinin 29, 318.1-ci (Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçməyə cəhd) maddəsi ilə ittiham olunub.

Xaçmaz Rayon Məhkəməsinin 08.02.2017-ci il tarixli hökmü ilə o, 1 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Son xəbərlər

Orphus sistemi