Bakı. 13 aprel. REPORT.AZ/ Ötən gün Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin qeyri-leqal miqrasiya məqsədi ilə pozulması hallarının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində Astara rayonu Alaşa kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən İran İslam Respublikası vətəndaşı 17.03.1969-cu il təvəllüdlü Qulaməli Sadiqi Gilande Vəliyallah oğlu saxlanılıb.
Bu barədə “Report”a Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.
Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyi əməkdaşlarının bu gün birgə keçirdiyi tədbirlər nəticəsində Füzuli rayonu Kərimbəyli kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən İran İslam Respublikası vətəndaşı 21.09.1974-cü il təvəllüdlü İsmayıl Bərzigir Abbas oğlu saxlanılıb.
Hər iki fakt üzrə DSX-da əməliyyat-istintaq tədbirləri davam etdirilir.