Azərbaycan sərhədində mobil telefon qaçaqmalçısı saxlanılıb

Azərbaycan sərhədində mobil telefon qaçaqmalçısı saxlanılıb Faktla bağlı araşdırma aparılır
Hadisə
11 Oktyabr , 2016 13:52
Azərbaycan sərhədində mobil telefon qaçaqmalçısı saxlanılıb

Bakı. 11 oktyabr. REPORT.AZ/ Rusiya istiqamətindən Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunun idxal piyada keçid xəttinə daxil olan Azərbaycan vətəndaşının üzərində gömrük yoxlaması aparılıb. Bu barədə “Report”a DGK-nın mətbuat xidmətindən məlumat verilib.

Yoxlama zamanı həmin şəxsin əynindəki pencəyin ciblərindən 8 ədəd “Samsung Galaxy Grand Prime” markalı mobil telefon, 8 ədəd qidalandırıcı element və 8 ədəd adapter başlığı aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi