Yuxarı

Azərbaycan Səhiyyə Nazirliyinə məxsus binada yanğın olub

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb

Bakı. 22 dekabr. REPORT.AZ/ Mingəçevir şəhərində, Səhiyyə Nazirliyinə məxsus ümumi sahəsi 640 kv.m olan birmərtəbəli Mingəçevir şəhər Gigiyena və Epidemiologiya Mərkəzində yanğın baş verib. “Report” FHN-in rəsmi saytına istinadən xəbər verir ki, Mərkəzin dəhlizinin tavanı 50 kv.m və mətbəxində əşyalar 10 kv.m sahədə (ümumi 60 kv.m) yanıb. Mərkəzin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi