Yuxarı

Azərbaycan rusiyalı iş adamını axtarışa verib

Axtarışda olan 1965-ci il doğumlu Lento Tsindeliani Azərbaycanda qaçaqmalçılıqda ittiham olunur

Bakı. 7 dekabr. REPORT.AZ/ Azərbaycan hökuməti Rusiya vətəndaşlığı olan iş adamını beynəlxalq axtarışa verib. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə məlumatı İnterpolun mətbuat xidməti yayıb.

"Axtarışda olan 1965-ci il doğumlu Lento Tsindeliani Azərbaycanda qaçaqmalçılıqda ittiham olunur", - beynəlxalq polisin saytında yerləşdirilən məlumatda deyilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi