Azərbaycan-Rusiya sərhədində avtomobillərin hərəkəti bərpa olunub

Azərbaycan-Rusiya sərhədində avtomobillərin hərəkəti bərpa olunub Telman Hacəliyev: "Bu vaxtlar sərhəddə həmişə tıxaclar yaranır"
Hadisə
28 Avqust , 2017 14:41
Azərbaycan-Rusiya sərhədində avtomobillərin hərəkəti bərpa olunub
Report.az

Moskva. 28 avqust. REPORT.AZ/ Bu gün səhərdən etibarən Azərbaycan-Rusiya sərhədində normal hərəkət bərpa olunub. 

Bu barədə "Report"un Rusiya bürosuna Dərbənd Azərbaycanlıları Milli-Mədəni Muxtariyyətinin rəhbəri Telman Hacəliyev bildirib.

Qeyd edək ki, daha əvvəl Dağıstan Daxili İşlər Nazirliyinin nümayəndəliyi Azərbaycan ilə sərhəddə minik və yük maşınlarından ibarət böyük tıxacın yarandığını bəyan etmişdi.

"Ənənəvi olaraq avqustun sonlarında Rusiyada yaşayan azərbaycanlıların istirahət üçün gedikləri öz ölkələrindən geri dönməsi vəziyyəti qəlizləşdirmişdi. Bu vaxtlar sərhəddə həmişə tıxaclar yaranır", - T.Hacəliyev vurğulayıb.

Onun sözlərinə görə, hazırda sərhəddə bir çox azərbaycanlı taksi sürücüsü fəaliyyət göstərir və onlar vətəndaşlara daşınma ilə bağlı yaranmış problemləri həll etməyə yardım göstərir.

"Bu gün səhərdən hər şey normal axarına düşüb. Bunu bilavasitə sərhəddə çalışan taksi sürücüləri də təsdiq edir", - Dərbənddəki Azərbaycan diasporunun rəhbəri bildirib.

Son xəbərlər

Orphus sistemi