Azərbaycan rayonlarından birinin polis şöbəsinə yeni rəis müavini təyin edilib

Azərbaycan rayonlarından birinin polis şöbəsinə yeni rəis müavini təyin edilib Vüqar Əliyev bu təyinatdan əvvəl Qaradağ rayon Polis İdarəsində çalışıb
Hadisə
14 Oktyabr , 2015 14:03
Azərbaycan rayonlarından birinin polis şöbəsinə yeni rəis müavini təyin edilib

Bakı. 14 oktyabr. REPORT.AZ/ Ağcabədi rayon Polis Şöbəsinə yeni rəis müavini təyin olunub. 

Hüquq-mühafizə orqanlarından "Report"a verilən məlumata görə, daxili işlər naziri general-polkovnik Ramil Usubovun əmri ilə polis polkovnik-leytenantı Vüqar Əliyev Ağcabədi rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini təyin edilib. 

V.Əliyev bu təyinatdan əvvəl Qaradağ rayon Polis İdarəsində çalışıb. 

Qeyd edək ki, Ağcabədi rayon polis şöbəsinin rəis müavini, polis polkovnik-leytenantı Yadigar Hüseynov bir müddət əvvəl daxili işlər naziri Ramil Usubovun əmri ilə Xocavənd rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin olunub.

Son xəbərlər

Orphus sistemi