Azərbaycan Qadın Vəkillər Alyansının əsasnaməsi təsdiq edilib

Azərbaycan Qadın Vəkillər Alyansının əsasnaməsi təsdiq edilib Azərbaycan Qadın Vəkillər Alyansının əsasnaməsi təsdiq edilib.
Hadisə
25 May , 2022 12:38
Azərbaycan Qadın Vəkillər Alyansının əsasnaməsi təsdiq edilib

Azərbaycan Qadın Vəkillər Alyansının əsasnaməsi təsdiq edilib.

"Report" xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının Rəyasət Heyətinin iclasında qərar qəbul olunub.

İclasda bildirilib ki, Azərbaycan Qadın Vəkillər Alyansı (bundan sonra - Alyans) vəkillərin müstəqilliyi prinsipinə əməl edilməklə, qadınlar və uşaqlara dair insan hüquq və azadlıqlarının və qanuni mənafelərinin müdafiəsinin gücləndirilməsi, qadınlar və uşaqlar arasında hüquqi maarifləndirmə işinin aparılması, cəmiyyətin ictimai, sosial, mədəni və hüquqi sferasında qadın vəkillərin rolunun artırılması və fəal iştirakının təmin edilməsi, hüquqşünas qadınlar arasında vəkil peşəsinin təbliği və qadın vəkillərin sayının artırılması məqsədilə ilə Azərbaycan Konstitusiyasının, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanununun və Azərbaycan Vəkillər Kollegiyasının (bundan sonra - Vəkillər Kollegiyası) nizamnaməsinin tələblərinə uyğun olaraq yaradılıb.

Son xəbərlər

Orphus sistemi