Azərbaycan Prezidenti Kambocanın Kralını təbrik edib

Azərbaycan Prezidenti Kambocanın Kralını təbrik edib Məktub Kamboca Krallığının milli bayramı – Müstəqillik Günü münasibətilə göndərilib
Hadisə
8 noyabr 2017 14:05
Azərbaycan Prezidenti Kambocanın Kralını təbrik edib

Bakı. 8 noyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kambocanın Kralı Əlahəzrət Norodom Sihamoniyə təbrik məktubu ünvanlayıb. 

"Report"un məlumatına görə, təbrik mətnində deyilir: 

"Əlahəzrət,

Kamboca Krallığının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, möhkəm cansağlığı və xoşbəxtlik, dost Kamboca xalqına əmin-amanlıq və rifah diləyirəm".

Son xəbərlər

Orphus sistemi