Bakı. 3 noyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XI turun oyunlarına hakim təyinatları açıqlanıb.
"Report"un məlumatına görə, Gəncədə autsayder “Kəpəz”lə turnir cədvəlinin lideri “Qarabağ” komandaları arasında keçiriləcək görüşə FİFA referisi Rəhim Həsənov təyinat alıb.
Ümumilikdə, iki günü əhatə edəcək turun bütün görüşləri "CBC Sport" kanalı vasitəsilə canlı yayımlanacaq.
4 noyabr (şənbə)
“Qəbələ” – “Səbail”
Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Vüsal Qənbərov, Elvin Əsgərov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Füzuli Nəcəfov
Qəbələ şəhər stadionu, 16:00
“Sumqayıt” - “Keşlə”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Ziya Nəsirov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Şahin Cəfərov
Kapital Bank Arena, 18:00
5 noyabr (bazar)
“Kəpəz” – “Qarabağ”
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Elşad Abdullayev, Orxan Məmmədov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Əhmədağa Cabbarov
Gəncə şəhər stadionu, 15:00
“Zirə” – “Neftçi”
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Mehman Mahmudov, Fariz Yusifov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Hakim-inspektor: Məhəmməd Məmmədov
Zirə İdman Kompleksinin stadionu, 17:00