MN: Azərbaycan Ordusu minaatanlardan istifadə etməklə düşməni susdurub

MN: Azərbaycan Ordusu minaatanlardan istifadə etməklə düşməni susdurub Ermənistan kütləvi informasiya vasitələrində guya Azərbaycan tərəfinin minaatanlardan istifadə etməklə atəşkəs rejimini pozması barədə yayılan xəbər yalandır, həqiqəti əks etdirmir.
Hadisə
29 aprel 2020 15:46
MN: Azərbaycan Ordusu minaatanlardan istifadə etməklə düşməni susdurub
0 : 00
0 : 00

Ermənistan kütləvi informasiya vasitələrində guya Azərbaycan tərəfinin minaatanlardan istifadə etməklə atəşkəs rejimini pozması barədə yayılan xəbər yalandır, həqiqəti əks etdirmir.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildirilib. 

"Belə ki, Ermənistan tərəfinin iddiasının əksinə olaraq bu gün gündüz saatlarında düşmən ordusunun bölmələri atəşkəs rejimini kobud şəkildə pozaraq mövqelərimizi atəşə tutub.

Azərbaycan Ordusunun bölmələri 82 millimetrlik minaatanlardan istifadə etməklə cavab atəşi ilə düşmənin atəş nöqtələrini susdurub", - Nazirlikdən bildirilib. 

Son xəbərlər

Orphus sistemi