Azərbaycan - Norveç oyunundan öncə körpüdən yıxılan azarkeşin vəziyyəti yaxşılaşır

Azərbaycan - Norveç oyunundan öncə körpüdən yıxılan azarkeşin vəziyyəti yaxşılaşır "Yaralının müalicə xərcləri AFFA tərəfindən qarşılanıb, bütün lazımi dərmanlar alınıb"
Hadisə
10 Oktyabr , 2016 09:47
Azərbaycan - Norveç oyunundan öncə körpüdən yıxılan azarkeşin vəziyyəti yaxşılaşır

Bakı. 10 oktyabr. REPORT.AZ/ Azərbaycan və Norveç milli komandaları arasında keçirilmiş 2018-ci il dünya çempionatının seçmə qrup matçından öncə yaralanan futbol azarkeşi Nahid Zahidovun vəziyyəti yaxşılığa doğru dəyişməkdədir. 

Bu barədə "Report"a xəstənin müalicə aldığı Bakının Sabunçu qəsəbəsindəki 3 saylı şəhər klinik xəstəxanasının reanimasiya şöbəsindən məlumat verilib.

Xəstəxanadan bildirilib ki, Zahidovun həyati təhlükəsi arxada qalıb. Bununla belə, hərdən qızdırması olan xəstə hələlik reanimasiya şöbəsində saxlanılır. Onun başqa xəstəxanaya köçürülməsi hələlik gündəmdə deyil.

Xəstəxana əməkdaşı yaralının bütün müalicə xərclərinin AFFA tərəfindən qarşılandığını xatırladıb: "Bütün lazımi dərmanlar alınıb. Müalicəsi üçün nə lazımdırsa edilir".

Qeyd edək ki, Nahid Zahidov Bakı Olimpiya Stadionunda keçirilmiş Azərbaycan - Norveç oyununa gedərkən körpüdən yıxılıb. Yaralıya döş qəfəsinin və qarının tramvası, qara ciyərin və sidik kisəsinin cırılması, sağ böyrəyin əzilməsi, sol bazunun və çanaq sümüklərinin sınığı, daxili qanaxma diaqnozu qoyulub. Əslən Lerik rayonundan olan olan N.Zahidov Azərbaycan Kooperasiya Universitetinin məzunudur. O, hərbi xidmətdən yeni qayıdıb.

Son xəbərlər

Orphus sistemi