Azərbaycan müdafiə nazirinin keçmiş müavininin cinayət işi üzrə məhkəməsi təxirə salınıb

Azərbaycan müdafiə nazirinin keçmiş müavininin cinayət işi üzrə məhkəməsi təxirə salınıb M.Səlimov Səfər Əbiyevin siyasi və ictimai işlər üzrə müavini olub
Hadisə
13 Noyabr , 2015 11:43
Azərbaycan müdafiə nazirinin keçmiş müavininin cinayət işi üzrə məhkəməsi təxirə salınıb

Bakı. 13 noyabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə təqsirləndirilən Azərbaycan müdafiə nazirinin keçmiş müavini polkovnik Mehman Səlimovun cinayət işi üzrə məhkəməsi təxirə salınıb.

“Report”un məlumatına görə, hakim Zeynal Ağayevin sədrlik etdiyi prosesdə iclasın təxirə salınmasına səbəb şahidlərin məhkəməyə gəlməməsi olub.

Məhkəmənin növbəti iclası noyabrın 20-nə təyin edilib. 

Qeyd edək ki, M.Səlimov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunur.

M.Səlimov 1995-1999-cu illərdə Azərbaycan müdafiə naziri Səfər Əbiyevin siyasi və ictimai işlər üzrə müavini olub.

Son xəbərlər

Orphus sistemi