Azərbaycan meşə yanğınları ilə mübarizə üçün İsrailə təyyarə göndərir

Azərbaycan meşə yanğınları ilə mübarizə üçün İsrailə təyyarə göndərir İsrailin bir neçə bölgəsində yanğınla əlaqədar fövqəladə vəziyyət elan olunub
Hadisə
25 Noyabr , 2016 01:45
Azərbaycan meşə yanğınları ilə mübarizə üçün İsrailə təyyarə göndərir

Bakı. 25 noyabr. REPORT.AZ/ Azərbaycan meşə yanğınları ilə mübarizədə İsrailə kömək etməyə hazır olduğunu bildirib.

"Report" İsrail mətbuatına istinadən xəbər verir ki, noyabrın 24-də Azərbaycan hökumətinin bu məqsədlə İsrailə bir ədəd yanğınsöndürən təyyarə göndərəcəyi məlum olub.

İsraildə meşə yanğınları bu həftə eyni vaxta ölkənin bir neçə rayonunda baş qaldırıb. Hayfa şəhərində 50 min yerli sakin təhlükəsizlik məqsədi ilə təxliyə edilib. Artıq bir neçə rayonda fövqəladə vəziyyət elan olunub.

Son xəbərlər

Orphus sistemi