Yuxarı

Azərbaycan məhkəməsi Pakistan vətəndaşını 15 il müddətinə azadlıqdan məhrum edib

O, Bakıda ögey qızına qarşı seksual xarakterli zorakılıq hərkətləri edib

Bakı. 17 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda 8 yaşlı ögey qızına qarşı seksual xarakterli zorakılıq hərkətləri etməkdə təqsirləndirilən 1980-ci il təvəllüdlü, Pakistan vətəndaşı Muhammed Tanver Batonun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un məlumatına görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə M.Tanver 15 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə Maştağa qəsəbəsində baş verib. Həmin qəsəbənin Xanlar küçəsində yaşayan 40 yaşlı K.T (ad şərti) polisə müraciət edərək məlumat verib. O bildirib ki, yaşadığı evdə əri Muhammed Tanver Baton onun azyaşlı qızına qarşı təcavüz edib.

M.Tanver Cinayət Məcəlləsinin 150-ci (seksual xarakterli zorakılıq hərkətləri) maddəsi ilə ittiham olunub

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi