Azərbaycan ikili vətəndaşlığı olan şəxsi “İnterpol” xətti ilə axtarışa verib - FOTO

Azərbaycan ikili vətəndaşlığı olan şəxsi “İnterpol” xətti ilə axtarışa verib - FOTO 40 yaşlı Nazim Aslanov Masallı rayonunda anadan olub
Hadisə
1 Noyabr , 2016 16:40
Azərbaycan ikili vətəndaşlığı olan şəxsi “İnterpol” xətti ilə axtarışa verib - FOTO

Bakı. 1 noyabr. REPORT.AZ/ Azərbaycan Respublikası (AR) daha bir şəxsi “İnterpol” xətti ilə beynəlxaq axtarışa verib.

“Report”un xəbərinə görə, Nazim Aslanov adlı şəxs AR Cinayət Məcəlləsinin 234.2 (Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma) maddəsi ilə ittiham olunur.

1976-ci il təvəllüdlü N.Aslanov Masallı rayonunun Mahmudavar kəndində anadan olub, Azərbaycan və Rusiya Federasiyasının vətəndaşıdır, Azərbaycan və rus dillərini bilir.

Son xəbərlər

Orphus sistemi