Azərbaycanın idman ictimaiyyətinə ağır itki üz verib

Azərbaycanın idman ictimaiyyətinə ağır itki üz verib Sərbəst güləş və sambo üzrə idman ustası, Azərbaycanın əməkdar məşqçisi Oqtay Hüseynov 69 yaşında dünyasını dəyişib
Hadisə
16 İyun , 2015 11:01
Azərbaycanın idman ictimaiyyətinə ağır itki üz verib

Bakı. 16 iyun. REPORT.AZ/ Azərbaycanın idman ictimaiyyətinə ağır itki üz verib. "Report"un məlumatına görə, sərbəst güləş və sambo üzrə idman ustası, Azərbaycanın əməkdar məşqçisi Oqtay Hüseynov 69 yaşında dünyasını dəyişib.

Tanınmış idman mütəxəssislərindən biri olan Oqtay Qulam oğlu Hüseynov 1946-cı il iyul ayının 23-də Bakı şəhərində anadan olub. 1972-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunun güləşmə və onun metodikası fakültəsini bitirən O.Hüseynov hələ tələbəlik illərindən əvvəl sərbəst güləş üzrə Respublika Olimpiya İdman Liseyində məşqçi-müəllim kimi çalışıb. Mərhum idman mütəxəssisi ömrünün sonuna qədər həmin idman ocağında fəaliyyət göstərib.

Qeyd edək ki, O.Hüseynov 1991-ci ildən FİLA referisi kimi Sidney və Atlanta Olimpiya oyunlarının, 14 dəfə dünya çempionatının, 22 beynəlxalq turnirin hakimi olub, 1998-ci ildə isə güləş idman növündə ən yüksək sayılan "E" kateqoriyasını alıb.

Bütün bu uğurların məntiqi nəticəsi olaraq O.Hüseynov 1996-cı ildə ümummilli lider Heydər Əliyev tərəfindən idmanın inkişafındakı xidmətlərinə görə, Azərbaycanının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi, 2002-ci ildə isə "Tərəqqi" medalına layiq görülüb. 2001-ci ildən Milli Olimpiya Komitəsinin üzvü, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti olub.

ALLAH RƏHMƏT ELƏSİN!!!

Son xəbərlər

Orphus sistemi