"Azərbaycan" İES-in fəhləsi iş zamanı aldığı xəsarətdən xəstəxanada ölüb - YENİLƏNİB-2

"Azərbaycan" İES-in fəhləsi iş zamanı aldığı xəsarətdən xəstəxanada ölüb - YENİLƏNİB-2 Mingəçevir. 19 fevral. REPORT.AZ/ Azərbaycan İstilik Elektrik Stansiyasının fəhləsi Nihat Mirzəyev xəstəxanada ölüb.
Hadisə
19 Fevral , 2019 18:10
Azərbaycan İES-in fəhləsi iş zamanı aldığı xəsarətdən xəstəxanada ölüb - YENİLƏNİB-2

Mingəçevir. 19 fevral. REPORT.AZ/ "Azərbaycan" İstilik Elektrik Stansiyasının fəhləsi Nihat Mirzəyev xəstəxanada ölüb. 

"Report"un yerli bürosunun məlumatına görə, həkimlərin səylərinə baxmayaraq, iş zamanı hündürlükdən yıxılaraq ağır bədən xəsarətləri alan fəhlənin həyatını xilas etmək mümkün olmayıb. 

Faktla bağlı araşdırma aparılır.


*** 16:54

Mingəçevir şəhərində "Azərbaycan" İstilik Elektrik Stansiyasının (İES) iş zamanı hündürlükdən yıxılaraq ağır bədən xəsarətləri alan fəhləsinin şəxsiyyəti məlum olub.

"Report"un yerli bürosunun məlumatına görə, İES-in fəhləsi, Salyan rayon sakini, 1994-cü il təvəllüdlü Nihat Barat oğlu Mirzəyev ehtiyatsızlıqdan yıxılaraq ağır xəsarət alıb.

Xəstəxanadan bildirilib ki, onun vəziyyəti ağır olaraq qalır. 


*** 16:19

"Azərbaycan"  İstilik Elektrik Stansiyasının (İES) fəhləsi iş zamanı hündürlükdən yıxılaraq ağır xəsarət alıb.

”Report”un Şirvan bürosu xəbər verir ki, hadisə Mingəçevir şəhərində yerləşən İES-də iş zamanı baş verib. 

Belə ki, hələlik adı məlum olmayan, fəhlə iş zamanı ehtiyatsızlıqdan hündürlükdən yıxılaraq ağır bədən xəsarətləri alıb. Yaralı dərhal xəstəxanaya çatdırılıb və cərrahiyyə əməliyyatı edilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi