Azərbaycan İES-in 7-ci blokunda tüstülənmə olub

Azərbaycan İES-in 7-ci blokunda tüstülənmə olub Mingəçevir. 16 dekabr. REPORT.AZ/ Axşam saatlarında Azərbaycan İstilik Elektrik Stansiyasının 7-ci emerji blokunda tüstülənmə baş verib.
Hadisə
16 Dekabr , 2018 01:51
Azərbaycan İES-in 7-ci blokunda tüstülənmə olub

Mingəçevir. 16 dekabr. REPORT.AZ/ Axşam saatlarında Azərbaycan İstilik Elektrik Stansiyasının 7-ci emerji blokunda tüstülənmə baş verib.

"Report”un Şirvan bürosu xəbər verir ki, tüstülənməyə stansiyanın enerji blokunda yaşanan nasazlıq səbəb olub.

Dərhal hadisə yerinə 6-dan çox yanğınsöndürmə briqadası cəlb olunub. Məlum olub ki, tüstülənmə blokun nasos hissəsində baş verən yağ axıntısı səbəbindən olub. Hadisə nəticəsində stansiyanın 1991-ci il təvəllüdlü Əliyev Vahid İsmayıl oğlu tüstüdən zəhərlənib. Ona yerindəcə tibbi yardım göstərilib.

Hazırda nasazlığın aradan qaldırılması üçün iş aparılır.

Son xəbərlər

Orphus sistemi