Azərbaycan hökuməti: Keçən il yanğınların sayı 2 408 hadisə artıb

Azərbaycan hökuməti: Keçən il yanğınların sayı 2 408 hadisə artıb Ölkədə qeydə alınan yanğın hadisələrinin statistikası açıqlanıb
Hadisə
3 Mart , 2016 17:46
Azərbaycan hökuməti: Keçən il yanğınların sayı 2 408 hadisə artıb

Bakı. 3 mart. REPORT.AZ/ Keçən il Azərbaycanda 13 492, o cümlədən Bakı şəhərində 4 217 yanğın hadisəsi qeydə alınıb. Onlardan cəmi 9 yanğın yüksək saylı çağırışla söndürülüb. Hər gün orta hesabla 37 yanğın hadisəsinə çıxış qeydə alınıb, hər 4 gün ərzində yanğınlarda 1 nəfər xilas edilib.

"Report"un xəbərinə görə, bu barədə məlumat Azərbaycan Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb.

2014-cü illə müqayisədə yanğınların sayı 2 408 hadisə artıb, eyni zamanda, yaşayış sahəsində baş verən yanğınlar 236 hadisə azalıb.

Yanğınların söndürülməsi zamanı 101 dövlət obyekti, 267 özəl obyekt, 256 çoxmənzilli bina, 507 fərdi ev, 329 yardımçı tikili, 323 ədəd müxtəlif təyinatlı texnika mühafizə olunub, 83 nəfərin həyatı real təhlükədən xilas edilib. Xilas olunanların sayı 2014-cü illə müqayisədə 32 nəfər artıb, baş verən 73 yanğın hadisəsinin söndürülməsi zamanı insan həyatı üçün təhlükə faktorları nəzərə alınaraq, 786 nəfər təhlükəsiz əraziyə təxliyə olunub.

Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qrupları fövqəladə halların və bədbəxt hadisələrin nəticələrinin aradan qaldırılması zamanı 359 uşaq olmaqla, 1 441 nəfər zərərçəkən xilas edilib, 107 nəfər zərərçəkənə ilk yardım və ya təxirəsalınmaz tibbi yardım göstərilib.

Dövlət Yanğından Mühafizə Xidmətinin xilasediciləri 62 dəfə nəqliyyat və digər qəzalara çıxışlar edib, 103 nəfər deformasiyaya uğrayan nəqliyyat vasitələrindən çıxarılaraq xilas edilib. 

Son xəbərlər

Orphus sistemi