Azərbaycan, Gürcüstan və Türkiyə xilasediciləri birgə təlim keçiriblər

Azərbaycan, Gürcüstan və Türkiyə xilasediciləri birgə təlim keçiriblər Ankara şəhərində Azərbaycan, Gürcüstan və Türkiyədən olan xilasedici və yanğınsöndürənlər üçün birgə axtarış-xilasetmə təlimi keçirilib.
Hadisə
18 İyun , 2019 13:43
Azərbaycan, Gürcüstan və Türkiyə xilasediciləri birgə təlim keçiriblər

Ankara şəhərində Azərbaycan, Gürcüstan və Türkiyədən olan xilasedici və yanğınsöndürənlər üçün birgə axtarış-xilasetmə təlimi keçirilib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Fövqəladə Halların İdarə olunması Agentliyi məlumat yayıb.

Üçgünlük təlimdə zəlzələ və digər təbii fəlakətlər zamanı birgə xilasetmə işlərin aparılması məşq edilib. 

Azərbaycan, Gürcüstan və Türkiyə xilasediciləri dağıntılar zamanı axtarış-xilasetmə işləri, avtoqəza zamanı ilkin yardımın göstərilməsi ilə bağlı əməkdaşlıq ediblər.

Təlim iştirakçıları Türkiyə Fövqəladə Halların İdarə olunması Agentliyinə (AFAD) baş çəkiblər. Türkiyəli xilasedicilər azərbaycanlı və gürcüstanlı həmkarları ilə təcrübələrini bölüşüblər və birgə praktiki tapşırıqlar yerinə yetiriblər.  

Son xəbərlər

Orphus sistemi