Yuxarı
    Bağlamaq

    Azərbaycan gömrükçülərinin saxladığı iki avtomobildə 175 ədəd araq olub

    Faktla bağlı araşdırma aparılır© Customs.gov.az

    Bakı. 21 iyul. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsinə daxil olan məlumat əsasında, Tovuz Gömrük İdarəsinin əməkdaşları ilə birgə keçirilən əməliyyat tədbirləri nəticəsində iki nəqliyyat vasitəsi saxlanılıb. 

    Bu barədə “Report”a DGK-dan məlumat verilib.

    Həmin nəqliyyat vasitələrinə baxış zamanı üzərində aksiz markası olmayan araqlar aşkar edilib. Avtomobillərdən birində sellofan torbalarda 30 ədəd, digərində isə qutuların içərisində 145 ədəd bir litrlik "Nemiroff" adlı araqlar aşkar olunaraq götürülüb.

    Faktla bağlı araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi