Azərbaycan gömrükçülərinin aşkarladığı narkotiklərin miqdarı 50% artıb

Azərbaycan gömrükçülərinin aşkarladığı narkotiklərin miqdarı 50% artıb Bu ilin 11 ayında gömrük orqanları 170 kq-dək narkotik vasitə aşkarlayıb
Hadisə
23 Dekabr , 2014 09:45
Azərbaycan gömrükçülərinin aşkarladığı narkotiklərin miqdarı 50% artıb

Bakı. 23 dekabr. REPORT.AZ/ Azərbaycanın gömrük orqanları tərəfindən 2014-cü ilin yanvar-noyabr ayları ərzində 168,9 kq narkotik vasitə tutulub. "Report"un Dövlət Gömrük Komitəsinə (DGK) istinadən verdiyi xəbərə görə, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 49% və ya 55,3 kq çoxdur. Əksinə, psixotrop maddələrin miqdarı isə illik müqayisədə 46 dəfə azalaraq 221,3 qrama düşüb.

Hesabat dövründə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar aşkarlanmış faktlar 16% artaraq 145-ə çatıb.

DGK-nin məlumatına görə, cari ilin yanvar-noyabr ayları ərzində gömrük hüquqpozmaları ilə bağlı ümumilikdə 384 cinayət xarakterli fakt, 9 405 inzibati xəta faktları aşkar edilib.

Bu müddətdə aşkar edilmiş cinayət xarakterli gömrük ödənişlərinin ödənilməsindən yayınma ilə əlaqədar 6 fakt aşkarlanıb. İnzibati xəta faktlarının isə 4-ü gömrük ödənişlərindən yayınma halı ilə əlaqədar olub. Ötən ilin müvafiq dövründə bununla bağlı cəmi 2 fakt olub.

Son xəbərlər

Orphus sistemi