Azərbaycan gömrükçüləri yağ qutularında papiros aşkar edib

Azərbaycan gömrükçüləri yağ qutularında papiros aşkar edib Faktla bağlı araşdırma aparılır
Hadisə
12 Oktyabr , 2017 14:12
Azərbaycan gömrükçüləri yağ qutularında papiros aşkar edib
Customs.gov.az

Bakı. 12 oktyabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Xaçmaz Gömrük İdarəsinin "Şirvanovka" gömrük postundan keçməklə Rusiyadan Azərbaycana gələn ölkə vətandaşının əl yüklərinə gömrük baxışı keçirilib.

“Report” DGK-ya istinadən xəbər verir ki, bu zaman vətəndaşa məxsus yağ qutularındakı yağların altından ümumi sayı 126 qutu olan "Belomorkanal" markalı papiroslar aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi