Azərbaycan gömrükçüləri xeyli miqdarda zərgərlik məmulatı müsadirə edib

Azərbaycan gömrükçüləri xeyli miqdarda zərgərlik məmulatı müsadirə edib Bakı. 8 sentyabr. REPORT.AZ/ Azərbaycan gömrükçüləri külli miqdarda zərgərlik məmulatının gömrük sərhədindən bəyan etməməklə və gömrük nəzarətindən gizlətməklə keçirilməsinə cəhdin qarşısını alıblar.
Hadisə
8 sentyabr 2018 08:10
Azərbaycan gömrükçüləri xeyli miqdarda zərgərlik məmulatı müsadirə edib

Bakı. 8 sentyabr. REPORT.AZ/ Azərbaycan gömrükçüləri külli miqdarda zərgərlik məmulatının gömrük sərhədindən bəyan etməməklə və gömrük nəzarətindən gizlətməklə keçirilməsinə cəhdin qarşısını alıblar.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, "Yalama" gömrük postunda Bakı-Moskva qatarının sərnişini olan Azərbaycan vətəndaşına məxsus əl yüklərinə gömrük baxışı keçirilib.

Baxış zamanı, əl çantasındakı iki ədəd bağlamanın içərisində gömrük nəzarətinə bəyan edilməyən 505 qram gümüş zərgərlik məmulatları - 111 ədəd üzük, 102 cüt sırğa, 41 ədəd boyunbağı, 38 ədəd qolbaq və 54 ədəd kulon aşkar olunub.

Bundan başqa, digər paketin içərisindəki bağlamada isə gömrük nəzarətindən gizlədilmiş 141 qram qızıl zərgərlik məmulatları - 3 ədəd qolbaq, 1 ədəd boyunbağı, 2 ədəd üzük-sırğa dəsti və 1 ədəd kulon aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi