Azərbaycan gömrükçüləri vizit kartı qabından narkotik aşkar ediblər

Azərbaycan gömrükçüləri vizit kartı qabından narkotik aşkar ediblər Bakı. 27 iyun. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin (DGK) Biləsuvar Gömrük İdarəsinin Qoşa Təpəgömrük postunda İrandan piyada gələn Azərbaycan vətəndaşının çantasına baxış keçirilib.
Hadisə
27 İyun , 2018 13:48
Azərbaycan gömrükçüləri vizit kartı qabından narkotik aşkar ediblər
0 : 00
0 : 00

Bakı. 27 iyun. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin (DGK) Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə"gömrük postunda İrandan piyada gələn Azərbaycan vətəndaşının çantasına baxış keçirilib. 

Bu barədə “Report”a DGK-dan məlumat verilib.

Baxış zamanı, çantadakı vizit kartı qabının içində bir ədəd bükümdə, xalis çəkisi 1,257 qram olan narkotik vasitə - qurudulmuş marixuana aşkar edilib.

Daha sonra vətəndaşın üzərində şəxsi yoxlama aparılıb. Bu zaman, vətəndaşın daxili orqanında (düz bağırsağında) bir ədəd bükümdə bir-birinə sarınmış iki ədəd kiçik ölçülü bükümlərdə birgə xalis çəkisi 49,716 qram olan metamfetamin aşkar olunub.

Xatırladaq ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na daxildir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi