Azərbaycan gömrükçüləri qanunsuz gətirilən siqaret aşkar ediblər

Azərbaycan gömrükçüləri qanunsuz gətirilən siqaret aşkar ediblər Faktla bağlı araşdırma aparılır
Hadisə
13 Dekabr , 2016 17:16
Azərbaycan gömrükçüləri qanunsuz gətirilən siqaret aşkar ediblər

Bakı. 13 dekabr. REPORT.AZ/ Rusiya istiqamətindən Dövlət Gömrük Komitəsinin (DGK) Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunun gömrük nəzarəti zonasına daxil olan, qonşu ölkə vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsindəki əl yükünə gömrük baxışı keçirilib.

Bu barədə “Report”a DGK-dan bildirilib.

Məlumata görə, yoxlama zamanı yağ qutularının içərisində gömrük nəzarətindən gizlədilən, üzərində Belarusa məxsus aksiz markası olan 5200 ədəd siqaret aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi