Azərbaycan gömrükçüləri Rusiya vətəndaşında bəyan edilməmiş qızıl-zinət əşyaları aşkar ediblər

Azərbaycan gömrükçüləri Rusiya vətəndaşında bəyan edilməmiş qızıl-zinət əşyaları aşkar ediblər Faktla bağlı araşdırma aparılır
Hadisə
21 Dekabr , 2016 13:55
Azərbaycan gömrükçüləri Rusiya vətəndaşında bəyan edilməmiş qızıl-zinət əşyaları aşkar ediblər

Bakı. 21 dekabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Xaçmaz Gömrük İdarəsinin “Xanoba” gömrük postunda Rusiya vətəndaşının üzərindən 610 qram qızıl-zinət əşyaları aşkar edilib. Bu barədə “Report”a DGK-nın mətbuat xidmətindən məlumat verilib.

Məlumatda deyilir ki, qızıl-zinət əşyaları Azərbaycandan Rusiya istiqamətinə gedən Rusiya vətəndaşının üzərində aparılmış şəxsi yoxlama zamanı onun əynindəki gödəkçənin ciblərindən aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi