Azərbaycan gömrükçüləri psixotrop maddə aşkar edib

Azərbaycan gömrükçüləri psixotrop maddə aşkar edib Faktla bağlı araşdırma aparılır
Hadisə
27 Oktyabr , 2016 10:03
Azərbaycan gömrükçüləri psixotrop maddə aşkar edib

Bakı. 27 oktyabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin (DGK) Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, İrandan ölkəsinə piyada gələn Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb. Bu barədə "Report"a DGK-dan bildirilib.

Məlumata görə, idarənin “Qoşa Təpə” gömrük postunda aparılan yoxlama zamanı sözügedən vətəndaşın şalvarının cibindən bir ədəd bükümdə, xalis çəkisi 0,06 qram olan metamfetamin aşkar edilib.

Xatırladaq ki, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in I Siyahısına daxildir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi