Azərbaycan gömrükçüləri psixotrop maddə aşkar edib

Azərbaycan gömrükçüləri psixotrop maddə aşkar edib Faktla bağlı araşdırma aparılır
Hadisə
21 Dekabr , 2016 11:33
Azərbaycan gömrükçüləri psixotrop maddə aşkar edib

Bakı. 21 dekabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin (DGK) Astara Gömrük İdarəsində İrandan Azərbaycana sərnişin avtobusu ilə gələn İran vətəndaşının üzərində şəxsi yoxlama aparılıb. Bu barədə “Report”a DGK-dan bildirilib. 

Məlumata görə, yoxlama zamanı həmin şəxsin üzərində gömrük nəzarətindən gizlədilmiş 2 ədəd bükümdə, xalis çəkisi 1,947 qram təşkil edən psixotrop maddə - metamfetamin aşkar olunaraq götürülüb.

Xatırladaq ki, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in I Siyahısına daxildir.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi