Azərbaycan gömrükçüləri pirotexniki vasitələr, siqaretlər və mobil telefonlar aşkar edib

Azərbaycan gömrükçüləri pirotexniki vasitələr, siqaretlər və mobil telefonlar aşkar edib Faktla bağlı araşdırma aparılır
Hadisə
17 mart 2017 12:07
Azərbaycan gömrükçüləri pirotexniki vasitələr, siqaretlər və mobil telefonlar aşkar edib
Customs.gov.az

Bakı. 17 mart. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında idarənin "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasına Gürcüstan istiqamətindən daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "Qaz-3110" markali nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

“Report” DGK-ya istinadən xəbər verir ki, yoxlama zamanı nəqliyyat vasitəsinin altından 88 qutu pirotexniki vasitələr, avtomobilin salonundan qutularının üzərində"R-1" yazısı olan 2 min ədəd aksiz markasız siqaretlər , sürücünün üzərində aparılan yoxlama zamanı isə gömrük orqanına bəyan olunmayan 2 ədəd "Samsung Galaxy J3" markalı mobil telefonlar aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi