Yuxarı
    Bağlamaq

    Azərbaycan gömrükçüləri pirotexniki vasitələr aşkar ediblər

    Faktla bağlı araşdırma aparılır© Customs.gov.az

    Bakı. 11 oktyabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasında Gürcüstandan Azərbaycana gələn ölkə vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

    “Report” DGK-ya istinadən xəbər verir ki, yoxlama zamanı avtomobilin 4 qapısının hər birinin örtüklərinin arxasından üzərində "Mega Black Devil P23" sözləri yazılan və hər birində 40 ədəd olmaqla 36 qutu pirotexniki vasitə- petarda, üzərində "Sterminator" sözləri yazılan hər birində 12 ədəd olmaqla 37 qutu fişəng aşkar edilib.

    Faktla bağlı araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi