Bakı. 10 dekabr. REPORT.AZ/ Rusiyadan Dövlət Gömrük Komitəsi (DGK) Xaçmaz Gömrük İdarəsinin “Xanoba” gömrük postunun piyada keçid xəttinə daxil olan Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb. Bu barədə “Report”a DGK-nın mətbuat xidmətindən məlumat verilib.
Yoxlama zamanı həmin şəxsin gödəkcəsində və aşağı ətraflarında xüsusi üsullardan istifadə edilərək gömrük nəzarətindən gizlədilən 233 ədəd pirotexniki vasitələr aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.