Azərbaycan gömrükçüləri pirotexniki vasitələr aşkar ediblər

Azərbaycan gömrükçüləri pirotexniki vasitələr aşkar ediblər Faktla bağlı araşdırma aparılır
Hadisə
23 Noyabr , 2016 10:13
Azərbaycan gömrükçüləri pirotexniki vasitələr aşkar ediblər

Bakı. 23 noyabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük posrtunun idxal nəzarəti zonasına Gürcüstan istiqamətindən daxil olan minik avtomobilinə gömrük baxışı keçirilib. Bu barədə "Report"a DGK-dan bildirilib.

Məlumata görə, yoxlama zamanı Azərbaycan vətəndaşının idarə etdiyi avtomobilin gizli saxlanc yerlərində 1 020 ədəd pirotexniki vasitə aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi