Azərbaycan gömrükçüləri narkotik vasitəni və psixotrop maddəni ərzaq məhsullarının arasında gizlədən şəxsi saxlayıblar

Azərbaycan gömrükçüləri narkotik vasitəni və psixotrop maddəni ərzaq məhsullarının arasında gizlədən şəxsi saxlayıblar Dövlət Gömrük Komitəsi (DGK) Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsinə Azərbaycan vətəndaşının İrandan narkotik maddə əldə edərək Azərbaycana gətirəcəyi barədə əməliyyat məlumatı daxil olub.
Hadisə
21 İyun , 2019 12:23
Azərbaycan gömrükçüləri narkotik vasitəni və psixotrop maddəni ərzaq məhsullarının arasında gizlədən şəxsi saxlayıblar

Dövlət Gömrük Komitəsi (DGK) Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsinə Azərbaycan vətəndaşının İrandan narkotik maddə əldə edərək Azərbaycana gətirəcəyi barədə əməliyyat məlumatı daxil olub. 

Bu barədə “Report”a DGK-dan məlumat verilib.

Məlumat əsasında DGK-nın Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda İrandan Azərbaycana piyada gələn həmin şəxs saxlanılıb. Gömrük nəzarəti zamanı onun təqdim etdiyi 1 ədəd qara rəngli sellofan torba və 1 ədəd orta həcmli çantadakı yüklər yoxlanılıb. Bu zaman həmin çantalarda 6 ədəd üzərində "Tora Bıka cappuccıno" yazılı paketlərin hər birinin içərisində yerləşdirilməklə gömrük nəzarətindən gizlədilmiş, ümumi xalis çəkisi 244,035 qram olan narkotik vasitə - heroin, eləcə də müxtəlif ərzaq məhsullarının qablaşdırıldığı 5 ədəd paketin içərisindən isə ümumi xalis çəkisi 484,153 qram olan psixotrop maddə - metamfetamin aşkar edilib.

Xatırladaq ki, metamfetamin adlı preparat "Azərbaycan ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin I Siyahısı"na daxildir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi