Azərbaycan gömrükçüləri narkotik vasitə aşkar ediblər

Azərbaycan gömrükçüləri narkotik vasitə aşkar ediblər Faktla bağlı araşdırma aparılır
Hadisə
9 yanvar 2017 10:05
Azərbaycan gömrükçüləri narkotik vasitə aşkar ediblər

Bakı. 9 yanvar. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan Azərbaycana gələn qonşu ölkə vətəndaşının idarə etdiyi sərnişin avtobusuna kinoloji xidmət itinin tətbiqi ilə baxış keçirilib. 

Bu barədə “Report”a DGK-dan bildirilib.

Məlumata görə, baxış zamanı, xidməti itin reaksiyasına əsasən, avtobusun sərnişin oturacağının üzlüyünün altından bir bükümdə, xalis çəkisi 24,878 qram olan narkotik vasitə - qurudulmuş marixuana aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi