Azərbaycan gömrükçüləri mobil telefonlar və aksesuarlar müsadirə ediblər

Azərbaycan gömrükçüləri mobil telefonlar və aksesuarlar müsadirə ediblər Bakı. 1 mart. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin Qırmızı Körpü gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi VAZ-211440 markalı nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib.
Hadisə
1 Mart , 2019 14:24
Azərbaycan gömrükçüləri mobil telefonlar və aksesuarlar müsadirə ediblər

Bakı. 1 mart. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "VAZ-211440" markalı nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib.

Komitədən “Report”a verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Lakin baxış zamanı, nəqliyyat vasitəsinin salonunda sağ ön oturacağın ayaqaltısının alt hissəsində xüsusi düzəldilmiş saxlanc yerində, eləcə də arxa təkərlərində gizlədilmiş 9 ədəd üzərində "X-innova" yazısı olan, 44 ədəd üzərində "Kgtel" yazısı olan, 15 ədəd üzərində "Adscn" yazısı olan mobil telefonlar, 135 ədəd qidalandırıcı və mobil telefon üçün 135 ədəd qutu aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi