Azərbaycan gömrükçüləri mobil telefonlar müsadirə ediblər

Azərbaycan gömrükçüləri mobil telefonlar müsadirə ediblər Bakı. 30 aprel. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin Sınıq Körpü gömrük postunda Gürcüstandan Azərbaycana gələn ölkə vətəndaşının idarə etdiyi Opel Vectra markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Hadisə
30 Aprel , 2018 13:53
Azərbaycan gömrükçüləri mobil telefonlar müsadirə ediblər
Customs.gov.az

Bakı. 30 aprel. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn ölkə vətəndaşının idarə etdiyi "Opel Vectra" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. 

Bu barədə “Report”a DGK-dan məlumat verilib.

Yoxlama zamanı, avtomobilin gizli saxlanc yerindən 4 ədəd "Samsung Galaxy A3", 1 ədəd" Samsung Galaxy A5", 1 ədəd "Samsung Galaxy J1" 2017 markalı telefonlar aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi