Azərbaycan gömrükçüləri külli miqdarda valyutanın ölkədən çıxarılmasının qarşısını alıb

Azərbaycan gömrükçüləri külli miqdarda valyutanın ölkədən çıxarılmasının qarşısını alıb Faktla bağlı araşdırma aparılır
Hadisə
13 Oktyabr , 2016 12:36
Azərbaycan gömrükçüləri külli miqdarda valyutanın ölkədən çıxarılmasının qarşısını alıb

Bakı. 13 oktyabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin (DGK) Tovuz Gömrük İdarəsinə daxil olmuş əməliyyat məlumatına əsasən Gürcüstana gedən Azərbaycan vətəndaşı Muxtarov Qadir Maarif oğlunun idarə etdiyi “Mercedes E class” markalı, 09 BM 808 dövlət nömrə nişanlı avtomobilə idarənin “Sınıq Körpü” gömrük postunda gömrük baxışı keçirilib. 

Bu barədə “Report”a DGK-nın mətbuat xidmətindən məlumat verilib.

Yoxlama zamanı nəqliyyat vasitəsinin gizli saxlanc yerlərindən əvvəlcədən gömrük orqanına bəyan edilməyən, gömrük nəzarətindən gizlədilən 800 000 ABŞ dolları aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi