Bakı. 29 mart. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə Azərbaycanın aksiz markası ilə markalanmayan külli miqdarda tütün məmulatını satma, satış məqsədi ilə saxlama barədə əməliyyat məlumatı daxil olub.
Bu barədə “Report”a DGK-dan məlumat verilib.
Məlumatda deyilir ki, dərhal yaradılan əməliyyat qrupunun həyata keçirdiyi tədbirlər nəticəsində Ələt-Astara yolunun Biləsuvar şəhəri ərazisindən keçən hissəsində Azərbaycan vətəndaşı Abbasov Rahid Əliseyran oğlunun idarə etdiyi "Hyundai Elantra" markalı minik avtomobili saxlanılıb.
Maşına baxış zamanı onun yük yerində Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan 50.000 ədəd "Manchester" adlı siqaret aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.