Azərbaycan gömrükçüləri külli miqdarda dərman preparatları aşkar edib

Azərbaycan gömrükçüləri külli miqdarda dərman preparatları aşkar edib Faktla bağlı araşdırma aparılır
Hadisə
25 Oktyabr , 2016 11:51
Azərbaycan gömrükçüləri külli miqdarda dərman preparatları aşkar edib

Bakı. 25 oktyabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Gürcüstandan Azərbaycana gələn qonşu ölkənin vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Bu barədə "Report"a DGK-dan bildirilib.

Məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsindən gömrük nəzarətindən gizlədilən 20 flakon “Kalsiy Folinat”, 9 flakon “Citozar”, 6 flakon “Docetaxel AqVid “, 20 flakon “Gemcitabin”, 98 flakon “Ciklofosfan”, 9 flakon “Docetaxel Accord”, 30 flakon “Oxaliplatin”, 30 flakon “Oncosid” və hər birində 5 ampula olmaqla 6 qutu “Oncofluor” dərman preparatları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi