Azərbaycan gömrükçüləri külli miqdarda brilyant qaşlar müsadirə edib

Azərbaycan gömrükçüləri külli miqdarda brilyant qaşlar müsadirə edib Faktla bağlı araşdırma aparılır
Hadisə
23 Fevral , 2021 17:38
Azərbaycan gömrükçüləri külli miqdarda brilyant qaşlar müsadirə edib

Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən külli miqdarda brilyant qaşlarının qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

DGK-dan "Report"a verilən məlumata görə, baş idarənin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında Ankara-Bakı aviareysilə gələn Azərbaycan Respublikasının vətəndaşına məxsus baqaj rentgen aparatından keçirilib. Daha sonra vətəndaş saxlanılaraq inzibati binaya dəvət olunub.

Yoxlama zamanı vətəndaşa məxsus böyük ölçülü karton qutuda - şəxsi geyim əşyalarının arasındakı qırmızı rəngli çantadan gömrük nəzarətindən gizlədilən 16 ədəd sellofan bükümdə müxtəlif ölçüdə brilyant qaşlar aşkar olunub.

Aşkar olunan brilyant qaşların təxmini ümumi kütləsi 4 500 karat (948 qram) təşkil edir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi