Yuxarı
    Bağlamaq

    Azərbaycan gömrükçüləri Gürcüstandan gələn ölkə vətəndaşından 23 ədəd mobil telefon götürüblər

    Faktla bağlı araşdırma aparılır© Customs.gov.az

    Bakı. 2 iyun. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasında Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Mersedes Benz C280" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. 

    Bu barədə “Report”a DGK-dan məlumat verilib.

    Yoxlama zamanı avtomobilin yük yerində xüsusi düzəldilən gizli saxlanc yerindən 13 ədəd "Samsung Galaxy J1 mini prime" və 10 ədəd "Samsung Galaxsy J1" markalı mobil telefonar, 8 ədəd qidalandırıcı başlıq, 6 ədəd qulaqcıq, 6 ədəd USB kabel və 6 ədəd qidalandırıcı cihaz aşkar edilib.

    Faktla bağlı araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi