Azərbaycan gömrükçüləri Gürcüstan vətəndaşının avtomobilinin yanacaq çənində külli miqdarda pirotexniki vasitə aşkar ediblər

Azərbaycan gömrükçüləri Gürcüstan vətəndaşının avtomobilinin yanacaq çənində külli miqdarda pirotexniki vasitə aşkar ediblər Faktla bağlı araşdırma aparılır
Hadisə
7 Sentyabr , 2017 10:11
Azərbaycan gömrükçüləri Gürcüstan vətəndaşının avtomobilinin yanacaq çənində külli miqdarda pirotexniki vasitə aşkar ediblər
Customs.gov.az

Bakı. 7 sentyabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, Gürcüstandan Azərbaycana gələn qonşu ölkə vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib.

“Report” DGK-ya istinadən xəbər verir ki, idarənin "Sınıq Körpü" gömrük postunda keçirilən baxış zamanı, həmin nəqliyyat vasitəsinin yanacaq çənində, üzərində "Çernaya smert" yazısı olan 300 qutu (hər birində 10 ədəd olmaqla) pirotexniki vasitə aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi