Azərbaycan gömrükçüləri diş məcununda gizlədilən psixotrop maddə aşkar ediblər

Azərbaycan gömrükçüləri diş məcununda gizlədilən psixotrop maddə aşkar ediblər Faktla bağlı araşdırma aparılır
Hadisə
15 Mart , 2017 15:13
Azərbaycan gömrükçüləri diş məcununda gizlədilən psixotrop maddə aşkar ediblər

Bakı. 15 mart. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Biləsuvar Gömrük İdarəsinin əməkdaşları psixotrop maddənin gömrük nəzarətindən gizlədilmiş şəkildə ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar. 

Bu barədə “Report"a DGK-nın mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, idarənin gömrük hüqüqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana gələn qonşu ölkə vətəndaşının idman çantasındakı əşyalara baxış keçirilib.

Baxış zamanı, çantanın ön cibindəki diş məcununun içərisində 4 ədəd bükümdə, cəmi 39 ədəd buprenorfin adlı həb aşkar olunub.

Xatırladaq ki, buprenorfin adlı həb "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələr"in II Siyahısına daxildir və 39 həbdə buprenorfinin təsiredici maddəsinin ümumi miqdarı 0,078 qram təşkil edir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi