Yuxarı

Azərbaycan gömrükçüləri dərman preparatları aşkar ediblər

Faktla bağlı araşdırma aparılır

Bakı. 25 noyabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin (DGK) Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunun ixrac piyada-keçid xəttində Azərbaycandan Rusiyaya gedən ölkə vətəndaşının üzərində şəxsi yoxlama aparılıb. 

Bu barədə "Report"a DGK-dan bildirilib.

Məlumata görə, yoxlama zamanı vətəndaşın ayağındakı corablarından 40 həb “T-Dol-200” 200 mg, 50 həb “Tamol-XX” 200 mg, 30 həb “Timo-Doll” 200 mg və 20 həb “Tee-Dol-200” 200 mg adlı olmaqla, cəmi 140 həb dərman preparatları aşkar olunaraq götürülüb.

Qeyd edək ki, adı çəkilən dərman preparatları Azərbaycan Respublikasının 18 mart 2016-cı il tarixli müvafiq qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin Siyahısı”na daxildir.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi