Azərbaycan gömrükçüləri avtomobilin yanacaq çənindən 59 ədəd mobil telefon aşkar edib

Azərbaycan gömrükçüləri avtomobilin yanacaq çənindən 59 ədəd mobil telefon aşkar edib Faktla bağlı araşdırma aparılır
Hadisə
27 Sentyabr , 2017 11:08
Azərbaycan gömrükçüləri avtomobilin yanacaq çənindən 59 ədəd mobil telefon aşkar edib
Customs.gov.az

Bakı. 27 sentyabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarina qarşı mübarizə şöbəsinə daxil olan məlumata əsasən idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn ölkə vətəndaşının idarə etdiyi "VOLKSVAGEN PASSAT" markalı minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib.

“Report” Komitəyə istinadən xəbər verir ki, yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq çənin içində xüsusi düzəldilmiş gizlin-saxlanc yerindən 10 ədəd "Samsung Galaxy J1 prime", 2 ədəd "Samsung Galaxy J5", 45 ədəd "Otel 230", 2 ədəd "X-BO Model-06" markalı mobil telefonlar, 43 ədəd qidalandırıcı başlıq, 15 ədəd adapter, 60 ədəd qulaqcıq və 45 ədəd USB kabel aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi