Azərbaycan gömrükçüləri avtomobilin təkərlərindən 80 ədəd mobil telefon tapıblar

Azərbaycan gömrükçüləri avtomobilin təkərlərindən 80 ədəd mobil telefon tapıblar Bakı. 20 iyun. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin əməkdaşları xeyli miqdarda mobil telefon və aksesuarlarının qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar.
Hadisə
20 İyun , 2018 11:43
Azərbaycan gömrükçüləri avtomobilin təkərlərindən 80 ədəd mobil telefon tapıblar
customs.gov.az
0 : 00
0 : 00

Bakı. 20 iyun. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin əməkdaşları xeyli miqdarda mobil telefon və aksesuarlarının qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar.

“Report” DGK-ya istinadən xəbər verir ki, idarənin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi avtomobilə gömrük baxışı keçirilib.

Yoxlama zamanı, həmin nəqliyyat vasitəsinin arxa təkərlərinin içərisində Çin istehsalı olan 10 ədəd "Fuua", 30 ədəd "X-inova", 20 ədəd "Kibosun", 10 ədəd "ZHT", 5 ədəd "Sunelen" və 5 ədəd "B110" markalı mobil telefonlar, həmçinin 30 ədəd qidalandırıcı qurğu aşkara çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi