Azərbaycan gömrükçüləri avtomobilin salonundan qızıl-zinət əşyaları tapıblar

Azərbaycan gömrükçüləri avtomobilin salonundan qızıl-zinət əşyaları tapıblar Bakı. 29 iyun. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin əməkdaşları xeyli miqdarda zərgərlik məmulatının gömrük sərhədindən qanunsuz yolla keçirilməsinə cəhdin qarşısını alıblar.
Hadisə
29 İyun , 2018 11:55
Azərbaycan gömrükçüləri avtomobilin salonundan qızıl-zinət əşyaları tapıblar

Bakı. 29 iyun. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin əməkdaşları xeyli miqdarda zərgərlik məmulatının gömrük sərhədindən qanunsuz yolla keçirilməsinə cəhdin qarşısını alıblar.

“Report” DGK-ya istinadən xəbər verir ki, bu fakt idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük baxışı zamanı qeydə alınıb.

Yoxlama nəticəsində, avtomobilin salonunda "əlcək qutusu" adlandırılan və kiçik əşyalar üçün nəzərdə tutulan qutuda, gömrük nəzarətindən gizlədilmiş halda, ümumi çəkisi 90 qram olan qızıl-zinət əşyaları aşkar edilib.

Aşkar edilən predmetlər - 10 ədəd üzük, 4 cüt sırğa, 6 ədəd kulon, 4 ədəd boyunbağı və 3 ədəd qolbağdan ibarət olub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi